Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10737
az

\"Qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq\" - Ekspert bahalaşma cədvəli yaydı

21:3010 Mart, 2019
959
  • A
 
Qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq".

Oxu24.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 5 nəfərlik ailə bayram süfrəsi üçün ən azından 121 manat 12 qəpik xərcləməlidir.

İqtisadçı bildirib ki, 2012-ci illə müqayisədə Novruz bayramının süfrəsi 1,64 dəfə bahalaşıb:
 "Martın 1-dən minimum əmək haqqının artımına dair sərəncam qüvvəyə minib, artımla hesablanan ödənişlərin bu ayın sonunda həyata keçiriləcəyi, eləcə də artırılmış sosial müavinətlər 1 apreldən sonra veriləcəyi gözlənilsə də, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq ötən aydan bahalaşmaya başlayıb.

Bu ay ərzində qiymət artırıcı amillər daha da fəallaşacağından bahalaşmanın miqyaslarının, təsir dairəsi və gücünün genişlənəcəyi şübhəsizdir. Minimum əmək haqqı və sosial müavinətlərin artımından faydalananlar qrupuna yalnız işləyənlər və yardım alanlar daxildirsə, qiymətlərin bahalaşmasından həm işləyənlər və həm də işsizlər ziyan çəkir.

Odur ki, hazırda Mərkəzi Bankın və hökümətin qarşısında duran başlıca vəzifə ant-inflyasiya tədbirlərini gücləndirmək olmalıdır.

Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel aylarında kəllə-çarxa qalxacaq"


İqtisadçının sözlərinə görə, qarşıdan gələn Novruzda bayram plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq:

"Belə ki, 2012-ci ildə 7 manat 80 qəpik olan "Ankor” yağı 2,1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək, 1 kq-ı 2 manat 60 qəpik olan quş ətinin qiyməti 1,5 dəfədən çox, 1 kq-ı 4 manat olan kişmişin qiyməti 1,5 dəfədən çox bahalaşıb. Bütövlükdə eyni adlı məhsullar üzrə bayram süfrəsninin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 121 manat 12 qəpiyədək, yəni 1,64 dəfə bahalaşıb".
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1.7 milyon adamın maaşı artacaq - Şad xəbər
Respublika üzrə pensiyalar ödənildi
Bu sahədə işləyənlər 3 mindən çox maaş alır

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Qubada 18 yaşlı oğlan bıçaqlandı