Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda binanın pilləkəni çökdü - VİDEO

Bakıda binanın pilləkəni çökdü - VİDEO

CƏMİYYƏT

84

24.05.2026, 20:19

Beş mərtəbəli binanın 2-ci blokunda pilləkən qırıldı, yerinə taxta qoydular...Taxta pilləkənlərlə isə nə qalxmaq olur, nə də enmək...

Oxu24.com xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev 39 ünvanındandır.

Sakinlər deyirlər ki, bir necə gündür yaşadıqları mərtəbələrə çıxıb-düşməkdə çəkinlik çəkirlər.

1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı idarəsindən sorğumuza cavab olaraq bildirildi ki, Nizami rayonu, Bəhruz Nuriyev 39 ünvanındakı 5 mərtəbəli yaşayış binasının ikinci girişində may ayının 21-də pilləkan qəfəsində çökmə baş verib. Dərhal təmizlik işləri aparılıb, pilləkənin hörgü işlərinə başlanılıb.

Bina 123 saylı Mənzil Kommunal İstismar sahəsinin balansındadır, yaxın günlərdə pilləkənin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.NOCOMMENT.az