Qaynar xətt:

(+99450) 247 90 86

Yerli icra hakimiyyətləri ləğv edilir? – AÇIQLAMA 

Yerli icra hakimiyyətləri ləğv edilir? – AÇIQLAMA 

CƏMİYYƏT

75

20.02.2026, 19:40

“İcra hakimiyyətlərində aparılan ixtisarları strukturun tam ləğvi istiqamətində atılan addım kimi qiymətləndirmirəm. Daha çox görünən budur ki, məqsəd idarəetməni sadələşdirmək, mexanizmləri daha çevik etmək və büdcə xərclərini azaltmaqdır. Son illər bir sıra dövlət qurumlarında oxşar optimallaşdırma prosesləri gedir və bu da ümumi idarəçilik yanaşmasının tərkib hissəsidir.

Ancaq bu addımların real nəticə verib-verməyəcəyi hələ sual altındadır. Strukturun “kağız üzərində” yüngülləşdirilməsi avtomatik olaraq xidmətin keyfiyyətinin artacağı demək deyil. Əsas məsələ idarəetmə mədəniyyətinin dəyişməsi, səlahiyyət bölgüsünün dəqiqləşməsi və məsuliyyət mexanizmlərinin işlək olmasıdır”.

 

Oxu24.com  bildirir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputatın sözlərinə görə, hazırkı sosial-iqtisadi şəraitdə kütləvi ixtisarların aparılması ciddi risk yaradır: “Bu qərarlar xeyli insanın işsiz qalmasına səbəb ola bilər. Bildiyim qədəri ilə, ixtisar olunan şəxslər üçün alternativ iş imkanları və ya yenidən yerləşdirmə mexanizmləri sistemli şəkildə təklif olunmur. Bu isə sosial gərginlik yarada biləcək məqamdır. Buna görə də optimallaşdırma yalnız xərci azaltmaq məntiqi ilə yox, insan faktorunu nəzərə alan, nəticəsi ölçülə bilən və sosial təsirləri əvvəlcədən hesablanmış bir islahat paketi kimi aparılmalıdır. Əks halda, struktur dəyişir, problem isə yerində qalır”.