Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6462
az

Güləşçimiz ermənini peşman etdi

15:4026 Oktyabr, 2018
720
  • A
 Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı (DÇ) davam edir.

Oxu24.com  bildirir ki, yarışın yeddinci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.

Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov (60 kq) qırğız güləşçi ilə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.

İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov (67 kq) 1/16 finalda erməni güləşçi Karen Aslanyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz iki xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamranın növbəti mərhələdəki rəqibi ukraynalı olacaq.

Yeri gəlmişkən, bu, indiki dünya çempionatında idmançılarımızın ermənilər üzərində ikinci qələbəsidir. Belə ki, dünən Taleh Məmmədov (63 kq) 1/8 finalda Slavik Qalstyana qalib gəlmişdi – 3:1.

Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) isə 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. O, növbəti turda Yunanıstandan olan idmançı ilə qarşılaşacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü