Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5982
az

İdmançımız ermənini peşman etdi - TƏMİZ QƏLƏBƏ

14:4010 Oktyabr, 2018
913
  • A
 Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib.

Oxu24.com  xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın ilk günündə millimizin iki üzvü rinqə çıxıb.

Boksçularımızdan Əli Zamanov (48 kq) Hayk Alaberkyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Rəqibinə heç bir şans verməyən Zamanov ermənini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

İdmançımız 1/8 finalda Rusiyanı təmsil edən Eduard Voskanyanla qarşılaşacaq. Görüş bu gün baş tutacaq.

Zamanovdan fərqli olaraq, Zeynəb Rəhimovanın debütü uğurlu alınmayıb. 57 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ingiltərəli Saca Hikiyə 0:5 hesabı ilə məğlub olub.

Yarışın ikinci günündə Əli Zamanovla yanaşı, daha beş boksçumuz qüvvəsini sınayacaq. Əzrək Bəbirov (54 kq) çexiyalı Dominik Stepaneklə, Turğay Mirzəyev (57 kq) serbiyalı Branko Zeremskiylə, Eldar Babayev (60 kq) belaruslu Yan Krukovskiylə, Elmir Novruzov (63 kq) şotlandiyalı Cey Delani ilə və Mehman Quliyev (70 kq) monteneqrolu Miloş Krasniçi ilə döyüşəcək.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO
“Xəzər Lənkəran”da oynamış futbolçu vəfat etdi - Foto

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM