Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4793
az

“Mənə sponsor tapılmır” - Şəhriyarın şok açıqlamasına cavab gəldi

16:4527 Avqust, 2018
1362
  • A
 “2017 ci ildə təqdim olunan tədbirlər planına əsasən 250 min manat, 2018 ci ildə isə 200 min manat vəsait ayrılıb ki, bu da şahmatçıların yarışa getməsinə, yol pulu və qidalanma, səfərləri nəzərdə tutulur. Heç bir şahmatçı qatıldığı beynəlxalq yarışlara (Dünya və Avropa çempionatlarına) və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tərəfindən hərtərəfli təmin edilir və ediləcək də".

Oxu24.com  xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarovun "Facebook" səhifəsində yazdığı fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həyəcan və narahatlıq şahmatçıda müəyyən hisslər oyadıb və bu hisslər ona həmin fikirləri yazmağa vadar edə bilər.

“Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Çox qürur hissi duyuruq ki, dünyanın 3 ən yaxşı şahmatçısı arasında Şəhriyarın adı yer alır. Şəhriyar yarışdadır. Onları da anlayırıq. Nə yazmasından asılı olmayaraq Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir.

"Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək. Unutmaq lazım deyil ki, cənab prezident İlham Əliyevin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq”

Qeyd edək ki, Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində sponsor tapmaması və öz hesabına yarışlara qatılması barədə yazıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO
“Xəzər Lənkəran”da oynamış futbolçu vəfat etdi - Foto

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Dava zamanı qulağını qopardı