Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3740
az

Bakıdakı beynəlxalq turnirdə böyük saxtakarlıq -

14:2017 İyul, 2018
1391
  • A
Bakıda daha bir beynəlxalq turnir arxada qalıb.

Sportfm.az xəbər verir ki, 14-15 iyul tarixlərində "Dalğa Beach" istirahət mərkəzində futvole üzrə beynəlxalq turnir keçirilib. "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanan yarışı izləyənlər təşkilatçılar tərəfindən aldadılıb. Belə ki, 8 ölkənin iştirak etdiyi turnirdə bir çox qayda pozuntularına yol verilib. Futvole şölənində Braziliya yığmasının iştirak edəcəyi deyilsə də, yalnız bir idmançı ilə təmsil olunan(hər komandanın tərkibində 2 idmançı mübarizə aparır)"sambaçılar"ın heyətində ötən il Bakıda keçirilən futvole üzrə beynəlxalq turnirin qalibi olan Hollandiya yığmasının üzvü Kaspar Şlebus(müsahibələrdə braziliyalı idmançı Kaspar Şlequni kimi təqdim edilib) çıxış edib. Bununla yetərli qalmayıb izləyiciləri aldatmağa davam edən təşkilatçılar azərbaycanlı futzalçı, hazırda Yüksək Liqada mübarizə aparan "İtaldizain" klubunun üzvü, çimərlik futbolu yığmamızın oyunçusu Elvin Quliyevin əyninə Rusiya yığmasının formasını geyindirib. Azərbaycan Futnet Federasiyası "Dalğa Beach"də daha bir saxtakarlığa yol verib. İştirakçı ölkələr arasında Portuqaliyanın adı çəkilsə də, avropalılar Bakıya ümumiyyətlə gəlməyib. Portuqaliya forması ilə İsrail yığmasının üzvü Omri Kohen və iranlı idmançı Ali Reza mübarizə aparıb. Turnirdə iştirak edən Pakistan yığmasının üzvlərinin isə idmançı yox, turist olması onların bütün görüşlərdə biabırçı məğlubiyyətinə səbəb olub.

Qeyd edək ki, yarışda Azərbaycan yığması da mübarizə aparıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO