Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2313
az

\"Qarabağ\"ın Çempionlar Liqasında rəqibləri - SİYAHI

18:3428 May, 2018
1219
  • A

"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. 
Oxu24.com  report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi iyunun 19-da keçiriləcək püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. "Səpələnməmişlər" səbətində isə bu komandalar olacaq:
"Şkendiya" (Makedoniya), "Olimpiya" (Lyublyana, Sloveniya), "Düdelanj" (Lüksemburq), "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Vikinqur" (Farer adaları), "Kruzayders" (Şimali İrlandiya), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Suduva" (Litva), "Kork Siti" (İrlandiya), "Spartak" (Yurmala, Latviya), "Valür" (İslandiya), "Flora" (Estoniya), "Torpedo" (Kutaisi, Gürcüstan) və ilkin mərhələnin qalibi.
İlkin mərhələdə "Linkoln" (Cəbəllütariq), "Santa-Koloma" (Andorra), "La Florita" (San Marino) və "Drita" (Kosovo) komandaları arasında mini-turnir keçiriləcək və qalib I təsnifat mərhələsinə yüksələcək.
UEFA Azərbaycan və Ermənistan komandalarının bir-birilərinə rəqib olmalarına icazə vermədiyindən, "Qarabağ"a "Alaşkert" istisna olmaqla, "səpələnməmişlər" səbətindəki istənilən komanda rəqib ola bilər.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu