Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1852
az

Gənc idmançımızın növbəti uğuru - FOTOLAR

12:0617 May, 2018
1622
  • A
 
Mayın 12-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçirilib. Olimpiya-İdman Kompleksində keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan idmançıları da rinqə çıxıblar.

Turnirin açılış mərasimindən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Yarış DİN İdman Cəmiyyətinin yetirmələri, Daxili Qoşunların İdman Komandasının əsgərləri Anar Məmmədov və Zöhrab Əzimov üçün də uğurlu olub. Çəkisi 55 kiloqramadək olan idmançılar arasında A.Məmmədov, 65 kiloqramadək olan idmançılar arasında isə Z.Əzimov bütün rəqiblərini məğlub edərək Heydər Əliyev kubokun sahibi olublar.

Qeyd edək ki, hər iki təmsilçimiz dünya və Avropa çempionlarıdır.

Komandamızı bu yarışa hazırlayan, ölkəmizin yeniyetmə və gənclərdən ibarət yığmasının baş məşqçisi Hakim Hacıyev deyir ki, müstəqil ölkəmizdə idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün həyata keçirilən dövlət idman siyasəti nəticəsində Azərbaycanda güclü idman potensialı formalaşıb. Bu nəticələr həm də ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının daxili işlər orqanlarında daha səmərəli təşkilinin, idmana, idmançı əməkdaşlara göstərilən diqqət və qayğının əyani təzahürüdür.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu erməni peşman etdi
\
Azərbaycan futbolunun canlı əfsanəsi 50 yaşını qeyd edir— FOTO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur