Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18071
az

Nüfuzlu idmançımız hakimə qırmızı kart göstərib,xalçanı tərk etdi

10:2919 Sentyabr, 2019
4837
  • A
 
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.

Oxu24.com -un  məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidovla görüşdən sonra hakimlərin qərarı ilə razılaşmayıb.

Təsnifat mərhələsinin bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən 2 xalla qiymətləndirilib. Lakin rəqibin etirazından sonra bu xallar silinib və rusiyalı 4:2 hesabı ilə qalib gəlib.

Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində mübarizəni davam etdirmək istəməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.


O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi rusiyalı tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını isbatlamağa çalışıb. O, hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmız” göstərib və yerə çırpıb.

Qeyd edək ki, H.Əliyev 2017-ci ildə dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanıb.

Həmin anın videosunu təqdim edirik:

Həmçinin oxu:   Eldar Mahmudov Azərbaycanı necə tərk edib?

Elinanın məhkəməsində ŞOK İFADƏ: Ona mesaj yazan 3 uşaq atası kimdir?+ŞOK VİDEO


{banner_reklam1}


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İdmançımız rəqibini bu hala saldı: Rinqdə qorxunc anlar
Hakim video təkrara baxıb, Azərbaycandan üzr istədi
Nüfuzlu idmançımız hakimə qırmızı kart göstərib,xalçanı tərk etdi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO