Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16616
az

Güləşçimiz erməni dünya çempionuna qalib gəlib, finala çıxdı

23:0109 Avqust, 2019
1025
  • A
 Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.

Oxu24.com xəbər verir ki, üçüncü yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

82 kq-da çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib.

Bu mərhələdə Elvin Mürsəliyev uduzsa da, Rafiq Hüseynov Ermənistanın dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə – 9:1 hesabıyla qalib gələrək, finala vəsiqə qazanıb.

Orxan Nuriyev (-97 kq) də yarımfinalda dünya çempionu ilə qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib.

Yeni gürcü legionerimiz Beka Kandelaki (-130 kq) öz meydanında Elvin kimi bürünc medal uğrunda mübarizə aparacaq.

Sərbəst güləşçilərimizdən isə Hacımurad Məhəmmədsəidov (-86 kq) finala adını yazdırıb.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Millimizə 26 futbolçu dəvət olundu
Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO