Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14471
az

“Azarkeşlər belə ağıllıdırsa, buyurub özləri oynasın”

17:2212 İyun, 2019
631
  • A
 
Milli Məclisin deputatı, Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan millisinin Slovakiyaya 1:5 hesablı məğlubiyyətindən və buna görə azarkeşlərin AFFA rəhbərliyini istefaya çağırmasından danışıb.

Oxu24.com  xəbər verir ki, Ağacan Əbiyev Demokrat.az-a açıqlamasında bildirib ki, azarkeşlər öz işlərilə məşğul olmalıdırlar:

"Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işlərilə məşğul olsunlar. Onların AFFA-nın, futbolçuların işinə qarışmağa ixtiyarları yoxdur. Komanda uduzursa, azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Azarkeşin işi gəlib futbolu seyr etməkdir. Heç kəs azarkeşləri məcburi stadiona gətirmir. Əgər azarkeşlər komandanın oyununu bəyənmirlərsə, baxmasınlar. Onları kimsə məcbur etmir".

Həmçinin oxu:  Dəhşətli görüntü! Azyaşlı qızlara təcavüz edən oğlanı küçədə bu hala saldılar+VİDEO

Xatun Rozanı geridə qoydu..O da əməliyyat etdirdi+VİDEO

İlhamə Quliyeva haqqında şok açıqlama: “Bu dəqiqə səni öldürərəm...”+VİDEO

Qorxunc görüntü: 55 qoyun qan içərisində ağacın altında tapıldı+VİDEO


Deputat deyib ki, əgər azarkeşlər belə ağıllıdırlarsa və futbolu daha yaxşı bilirlərsə, buyurub özləri oynasınlar:

"Görək, azarkeşlər futbol oynayanda necə udurlar? Bəs komandamız qalib gələndə niyə azarkeşlər təşəkkür etmirlər? Bir komanda udanda digəri uduzar, bu həyatın qanunudur. O gün Fransa komandası da 2:0 hesabı ilə uduzdu. İndi buna görə istefa oldu? Mən yenə deyirəm ki, hansısa idman azarkeşlərinin istəyilə AFFA rəhbərliyini və məşqçiləri dəyişmək olmaz. Dünyanın heç yerində belə təcrübə yoxdur. Digər tərəfdən isə dünyada elə dövlətlər var ki, onlar futbolun inkişafına Azərbaycandan dəfələrlə çox vəsait ayırırlar. Ancaq Azərbaycan komandası onlardan üstün olur. Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər. Mən yenə deyirəm. Bu futboldur, komanda udar da, uduzar da. azarkeşlər gedib futbollarını izləsinlər. Digər məsələlərlə futbolçular məşğul olur". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Millimizə 26 futbolçu dəvət olundu
Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO