Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13451
az

İkiqat Azərbaycan çempionu lezbiyan çıxdı

11:3320 May, 2019
1040
  • A
 
Qadın voleybolçulardan ibarət Polşa yığmasının üzvü Katarjina Skorupa maraqlı açıqlama ilə adından söz etdirib.

Oxu24.com  xəbər verir ki, o, lezbiyan olduğunu bildirib.

Vaxtilə Azərbaycanda - "Rabitə"də oynamış Skorupanın ötən il həmcinsi olan italyan voleybolçu Paola Eqonu ilə öpüşmə şəkli İtaliya mətbuatında yayılmışdı. Eqonu ilə ayrıldığını söyləyən Katarjina ondan əvvəl də qadın sevgilisinin olduğunu deyib.

O, lezbiyan olduğunu əvvəllər açıqlamamasının səbəbini ona belə bir sualın verilməməsi ilə izah edib. Skorupa lezbiyan olduğu üçün hər zaman ayrı-seçkiliyə məruz qaldığını və bu vəziyyətin Polşada insanlara narahatlıq verdiyini vurğulayıb: "Ayrı-seçkilik olduğunu hiss etdim və bu gün də bunlar olur. Polşadakı yeganə lezbiyan voleybolçu mən deyiləm. Sadəcə, digərləri bu problemləri yaşamamaq üçün gizli saxlayır. Bunun nəticələri adətən ağır olur. Sponsorun geri çəkilməsi ilə yaranan maddi problemlər, klubdan uzaqlaşdırılma... Milli komandadakı yerini itirməmək üçün homoseksualizm haqqında danışa bilməyən oyunçular tanıyıram".

Qeyd edək ki, 2012-2014-cü illərdə ölkəmizdə "Rabitə"nin formasını geyinən Katarjina Skorupa ikiqat (2013, 2014) Azərbaycan çempionudu. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb
AFFA “Neftçi”nin istəyini rədd etdi
Almaniya klubunun stadionunun yanında 500 kq-lıq bomba tapıldı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO