Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13438
az

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl qazandı

08:5520 May, 2019
646
  • A
 Mayın 18-19-da Orenburq şəhərində cüdo üzrə “Avropa Kuboku – 2019” yarışmasının növbəti mərhələsi keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə təmsil olunub.

Oxu.Az xəbər derir ki, ölkəmizə yeganə medalı “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə erməni əsilli rusiyalı idmançı Karegin Şahlamcyana, növbəti mərhələdə isə Avstriyanı təmsil edən Saif-İslam İslamxanova qalib gəlib.

1/4 finalda daha bir rusiyalı cüdoçunu - Pavel Berlini mübarizədən kənarlaşdıran Murad yarımfinalda portuqaliyalı Migel Alvesı məğlub edərək finala yüksəlib. Finalda cüdoçumuzun rəqibi rusiyalı Turpal Tepkayev olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı Murad “ipponla” yekunlayıb və qızıl medala layiq görülüb.

Azərbaycan komandası əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə yer alıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Burak Yılmaz “Kayserispor”dan da ayrılır
Juninyodan
Hacı Əliyevin son durumu AÇIQLANDI

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur