Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13056
az

Bilet qalmaqalı böyüyür: \"Neftçi\" öz azarkeşlərinə bileti pulsuz verəcək\"

13:4211 May, 2019
647
  • A
 
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçının biletləri 50 manata satışa çıxarılıb.

"Neftçi" klubunun biletləri bu qiymətə satması "Qarabağ" azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Sport7.az saytına danışan "İmarət" fan-klubunun rəsmisi Elnur Quliyev "Neftçi"nin bu addımı "Qarabağ" azarkeşlərinə mane olmaq üçün atdığını bildirib:

"Oyuna "Qarabağ" azarkeşi az gəlsin deyə belə ediblər. Öz azarkeşlərinə biletləri pulsuz paylacaqlar. "Neftçi" tərəfi "Qarabağ"ın onların meydanında kubok qaldırmasını həzm edə bilmir. Xal baxımından öndə olduqları vaxtlarda düşünürdülər ki, son turda "Qarabağ"la oyunda özləri kubok qaldıracaqlar. Ancaq alınmadı. Hər cür varianta əl atdılar. Kobud da olsa, loru dildə bir söz var... "Özünü axırıncı yola qoymaq"... "Neftçi" artıq özünü axırıncı yola qoyub. Maneəçilik törətmək üçün hər bir varianta əl atdılar. Bizdə bir məlumat var. Bunu sizə açıqlayıram. Polisə də əvvəlcədən tapşırıq verib, ajiotaj yaradıblar. Güya onlarda olan məlumata görə, "Qarabağ" azarkeşləri problem yaradacaqlar. Polisləri təlimatlandırıblar ki, "Qarabağ" azarkeşlərinə maksimum problem yaratsınlar.

Digər tərəfdən də, "Neftçi"  "Qarabağ"ın oyunun məkanının dəyişməsinə razı olmamasını həzm edə bilmir. "Neftçi" tərəfi özünü uşaq kimi aparır. Körpə uşaqlar edir belə, "mən də sənə acıq üçün belə edirəm" misalı. "Neftçi" özünə bunu yaraşdırır".

"Qarabağ" tərəfindən fan-kluba bilet almaq üçün dəstək olacaqmı?" sualına Elnur Quliyev klubdan cavab gözlədiklərini bildirib: "Kluba müraciət olunub. Hələ ki cavab yoxdur. Təbii ki, biz hazırlıqlıyıq. Demirəm hamı, ancaq azarkeşlərin böyük hissəsi gedəcək. Çünki ilk dəfə deyil "Qarabağ"ın oyununa öz hesabımıza gedirik. Bir məlumatı da diqqətinizə çatıdırm. Ağdamdan da azarkeşlər gələcək. Səhv eləmirəmsə, Ağdamın icra başçısı da oyuna gələcək".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu bu gün saat 18:00-da "Bakcell Arena"da keçiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı
Tulinin döyülməsinə DİN-dən reaksiya - FOTO

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR