‡агрузка...

Polis rəisi məktəblilərlə görüşə getdi-FOTOLAR

 

Oxu24.com   xəbər verir ki, 04.02.2019-cu il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 saylı tam orta məktəbin, 05.02.2019-cu il tarixdə Binə qəsəbəsi 121 saylı tam orta məktəbin və 07.02.2019-cu il tarixdə Buzovna qəsəbəsi 8 saylı Sanatoriya tipli internat məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə Xəzər RPİ-nin rəhbərliyi tərəfindən təşkil olunmuş “ Narkomaniya ümümbəşəri bəladır ” və " Yol hərəkəti qaydalarına riayət edək " mövzusunda növbəti geniş profilaktiki və maarifləndirici tədbir keçirilib.

Həmin tədbirdə Xəzər Rayon Polis idarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev çıxışında yetkinlik yaşına çatmayanlar arasında hüquqa zidd əməllərin, digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını və həmçinin məktəbli uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarına riayət etməsi, onlarda küçə və yollarda təhlükəsiz davranışın təbliğ edilməsi və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim tərbiyəsində xüsusi əhəmiyyəti oldugunu qeyd etmişdir.




 
loading...




Paylaş:


09-fev, 2019 136
Загрузка...
loading...