Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
955
az

Seksual xarakterli zorakılıq - Uşaqbazlıq edənləri hansı cəza gözləyir?

22:0222 Aprel, 2018
1588
  • A
 Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Mətbuatda seksual xarakterli zorakılıq hərəkətləri ilə bağlı xəbərlərə rast gəlirik. Bəs seksual xarakterli zorakılıq hərəkətləri deyərkən nə başa düşülür?

 Cinayət Məcəlləsinə istinadən xəbər verir ki,seksual xarakterli zorakılıq hərəkətləri dedikdə zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri başa düşülür.Bu hərəkətləri edən şəxslər üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Qrup şəklində törədilən cinayətin cəzası nədir?

Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə,zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə,zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Seksual xarakterli hərəkətlərə məruz qalan şəxs öldükdə hadisəni törədən şəxsi hansı cəza gözləyir?


Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda,təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə— səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Seksual xarakterli hərəkətlərə məcbur etmə nədir?

Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə— bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü