Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9166
az

Facebooka \"Ayka\", \"Ehtiraslı oğlan\" və s. adlarla girənlərin NƏZƏRİNƏ! - Sizi bu CƏZA gözləyir

15:1822 Yanvar, 2019
1163
  • A
 
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu sosial şəbəkəklərdə saxta adlarla açılan profillər və orada təhqiramiz ifadələrin yayılmasının yaratdığı məsuliyyətlə bağlıdır.

Sosial şəbəkələrdə gündəlik həyatımızda həqiqətə uyğun olmayan adlarla açılan profillərə tez-tez rast gəlirik.Bəzi hallarda həmin profillərdən hər hansı bir şəxsin təhqir edilməsinə birbaşa vasitə kimi istifadə olunur.

Cinayət Məcəlləsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə ,internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Jalüzdən istifadə edən sürücülərin nəzərinə: Bu halda cərimələnəcəksiniz!
Maşında siqaret çəkənlərin DİQQƏTİNƏ! - Polis sizi görsə, cərimə yazacaq
Piyadaları isladan sürücülərin NƏZƏRİNƏ! - Sizi bu cəza gözləyir

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü