Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
902
az

Vətənə xəyanət edənləri hansı cəza gözləyir?

23:2120 Aprel, 2018
1610
HÜQUQ
  • A

   Femida.az vətəndaşlara hüquqi maarifləndirmə layihəsini davam etdirir. Son günlərin əsas mövzusu casusluq və dövlətə xəyanətdir.


İlk olaraq casusluq və dövlətə xəyanət arasında hansı fərq var sualından başlayaq. Vəkil Sadiq Əfəndiyev Femida.az -a açıqlamasında qeyd edib ki, cinayət qanunvericiliyi casusluq hərəkətlərini onu törədən şəxsin vətəndaşlıq mənsubiyyətindən asılı olaraq iki formada həm dövlətə xəyanət cinayətinin forması kimi, həm də casusluq adlanan müstəqil cinayət tərkibi kimi nəzərdə tutur. 


Belə ki, casusluq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən törədildiyi halda cinayəti törədən şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş dövlətə xəyanət cinayətinə görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən törədildikdə Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş casusluq cinayətinə görə məsuliyyətə cəlb olunurlar.

Vətənə xəyanət edəni qanunla hansı cəza gözləyir?

Vəkil qeyd edib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər casusluğa görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı halda, Azərbaycan Respublikasının vətəndaşları bu cinayətə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, qanunvericilik öz vətəndaşlarımızın casusluq hərəkətlərini sadəcə casusluq cinayəti kimi deyil, öz dövlətinə xəyanət, dönüklük kimi qiymətləndirməklə, bu hərəkətlərə yol vermiş vətəndaşlar üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən fərqli olaraq daha ağır cinayət məsuliyyəti nəzərdə tutub Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Dava zamanı qulağını qopardı