Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7272
az

Bakı polisinin axtardığı məşhur meyxanaçının yeni FOTOları

15:4421 Noyabr, 2018
1018
  • A
 
2015-ci ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim illər sonra görüntülənib.

Oxu24.com  a24.az-a istinadən xəbər verir ki, meyxanaçının fotolarını həmkarı Vüqar Əbdülov paylaşıb. Rusiyada baş tutan məclislərdən birinin ardından axtarışda olan meyxanaçı ilə görüşən V. Əbdülovun paylaşdığı fotolardan Vahid Qədimin ölkədən köçdüyü 5 il ərzində xarici görünüşdən heç bir dəyişikliyin baş vermədiyi görünür.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən meyxanaçı 2013-cü ildən ailəsi ilə birlikdə Rusiyada yaşayır. Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir.

Xatırladaq ki, söz xiridarı barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov 2015-ci ilin yanvarından axtarışa verilib.

Onu da əlavə edək ki, Vahid Qədim polislə də qarşı-qarşıya gəlib. O,  "Bacım oğlu" adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışmışdı.
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO