Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
634
az

Öldükdən sonra orqanlar satıla bilərmi?- CAVAB

20:2914 Aprel, 2018
1477
  • A
 
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə araşdırdığımız mövzu orqan transplantasiyası ilə bağlıdır. Şəxsin daxili orqanlarını hansı hallarda digərinə köçürmək olar? Qanunda hansı hallar nəzərdə tutulub?

Mövzu ilə bağlı suallarımızı vəkil Asif Abdullayev cavablandırıb.

“Şəxs özünün sağlığında və ölümündən sonra, daxili orqanlarının istifadə edilməsinə razılıq verə bilər. Mövcud qanunvericiliyə əsasən, donorluğa həm şəxsin sağlığında, həm də ölümündən sonra yol verilir.

Şəxs sağlığında donorluğa (öz orqanlarının digər şəxsə köçürülməsi) yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər.

Əgər, şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir.

Sağlığında donorluqdan yazılı şəkildə imtina edən şəxsin ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.
Donorun sağlığında ondan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozğunluqlar yaranmasın. Donor olan şəxs, əməliyyat nəticəsində hansı ağırlaşmaların əmələ gələ biləcəyi barədə dəqiq məlumat almaq hüququna malikdir.

Bu orqanların transplantasiyasına icazə verilir : ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri , sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar.” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu