Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5730
az

Ölü kağızı almaq pulludurmu? - HÜQUQİ YARDIM

16:0402 Oktyabr, 2018
2900
HÜQUQ
  • A
Ölümün qeydə alınması üçün tələb olunan sənədlər hansılardır?

• Ölmüş şəxsin şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi;
• Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun hərbi bileti və ya xidməti vəsiqəsi ;
• Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında feldşer arayışı, ölüm haqqında həkim arayışı);
• Ölüm haqqında həkim sənədi olmadıqda, ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi.

Ölüm haqqında şəhadətnamə nə vaxt yazılır?

Qeydiyyat şöbəsi müraciət etmiş şəxsin təqdim etdiyi sənədlər əsasında ölüm haqqında akt qeydi tərtib edir, akt qeydinə yazılan hər bir qeyd müraciət edən şəxsə oxunur, onun tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, ölüm haqqında şəhadətnamə tərtib olunur, vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, şəhadətnamə müvafiq reyestrdə qeyd olunur və müraciət edən şəxs şəhadətnamənin alınmasına dair reyestrdə imza edir. Ölüm haqqında şəhadətnamə ölən şəxsin ərizə ilə müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

Elektron formada ölümün qeydiyyatı mümkündürmü?

Bəli, mümkündür. İlk öncə şəxs “www.exidmet.justice.gov.az” portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Ölüm haqqında aktın alınması üçün elektron müraciət” xidmətini seçməlidir. Xidmətdən istifadə etmək üçün istifadəçi elektron ərizə formasına müvafiq məlumatları əlavə edərək elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərir.
Bundan sonra elektron xidmət vasitəsilə ölüm haqqında şəhadətnaməni götürmək üçün istifadəçi 2 gün müddətində qeydiyyat orqanına dəvət olunur. İstifadəçi qeydiyyat orqanına gəldikdə göstərilən sənədlərin əslini təqdim etməlidir.

Ölümün qeydə alınması üçün dövlət rüsumu nə qədərdir?

Ölümün qeydə alınması ödənişsiz olaraq həyata keçirilir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur