Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3608
az

Xoşqədəmlə Nazilənin məhkəməsi başladı - 100 min TƏLƏB

15:1912 İyul, 2018
1806
  • A
Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və "Show-news" İnstaqram səhifəsinin rəhbəri İsa Şükürovu məhkəməyə verib.

Oxu24.com  bildirir ki, buna səbəb səhifədə N.Səfərlinin dilindən "Ərim Xoşqədəmi yox, məni aldığı üçün indi belə edir" başlıqlı yazı yayımlanması olub.

N.Səfərli və İ.Şükürovun vəkili "Atler eqo" hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında bugün hazırlıq iclası keçirildiyini bildirib:

"Xoşqədəm Hidayətqızının Nazilə Səfərliyə və "Show-news" saytına qarşı qaldırdığı iddia üzrə Nizami rayon məhkəməsində hazırlıq iclası keçirilib. İclasda həm Xoşqədəm Hidayətqızının, həm də Nazilə Səfərlinin vəkili iştirak edib. Prosesə cavabdeh qismində saytın rəhbəri İsa Şükürov cəlb olunub. Çünki Nazilə Səfərli həmin sözü deməyib. Hətta Nazilə xanım İsa Şükürovu məhkəməyə verməyi düşünür".

Vəkil bildirib ki, X.Hidayətqızı yüksək təzminat istəyir:

"Qarşı tərəfin tələbi üzr istəmə, təkzib vermədir. Eyni zamanda yüz min manat təzminat istəyir".

Qeyd edək ki, Xoşqədəmlə Nazilə arasındakı qalmaqal artıq bir neçə aydır davam edir. Səfərlinin qardaşının keçmiş arvadı Pərvanə "Səni axtarıram" verilişinə müraciət edərək, uşaqlarına baxmadıqlarını deyib. O, Nazilə və qayınanasının onu aldadaraq evdən çıxardığını, ərindən ayırdığını söyləyib. X.Hidayətqızının proqramda Pərvanəyə yardım etməsinə qarşı tərəf əsəbiləşib. Aparıcı və şairə dəfələrlə bir-birinin ünvanına sərt sözlər deyib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO