Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1647
az

Polis sizi metroda bu halda cərimələyə bilər -

15:0411 May, 2018
1353
  • A
 Metro gündəlik həyat tərzimizdə ən çox istifadə etdiyimiz nəqliyyat vasitəsidir. Bəzən metroda sərnişinlərin təhlükəsizlik qaydalarına əməl etməmələri təhlükəli anlara gətirib çıxarır.

Femida.az sərnişinlərin metroda qaydaları pozduqları halda hansı cəza ilə üzləşə bilər mövzusunu araşdırıb. İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsində metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələrdən bəhs olunur.

Tez-tez metro vaqonların divarlarına, yaxud çıxışlara hər hansı reklam vərəqlərini yapışdırmağa cəhd edənlərə rast gəlirik. Düzdür, əvvəlki illərə nisbətən bu cür hallar xeyli azalıb.

Bəs, vaqonları yazanları hansı cəza gözləyir?

Yuxarıda qeyd olunan Məcəllənin 306.1 maddəsində qeyd olunur ki, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə sərnişinlər on beş manat məbləğində cərimə edilir.

Daha çox rast gəlinən hallardan biri də eskalatorların sürahisinə əşyaların qoyulmasıdır.İXM-də bununla bağlı cərimənin miqdarı da müəyyən olunub.

Belə ki, eskalatordan sürahinin üstünə əşya qoymağa görə iyirmi manat,dəmir yoluna hər hansı əşya atmağa görə otuz manat məbləğində cərimə nəzərdə tutulur.
Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə əlli manat məbləğində cərimə edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət