Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14992
az

Sürücülərin diqqətinə! — Qanuna dəyişiklik edildi

15:0027 İyun, 2019
998
  • A
 
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan tətbiq ediləcək.

 Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 5 saylı əlavəsinin “1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti (“sarı kəsişmə toru”) təklif olunur.

Layihədə bildirilib ki, yolayrıclarının “sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.
Təklif olunan növbəti nişanlardan biri də 5.53 “Daimi sağa dönmə” nişanıdır.

Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.

Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş