Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12601
az

Azərbaycanda bu şəxsləri öldürmək cinayət sayılmayacaq? - Hüquqşünas danışır

10:2501 May, 2019
3852
  • A
 
Rusiya parlamentində qalmaqallı qanun layihəsi təsdiq edilib.

Publika.az xəbər verir ki, bundan sonra cinsi təcavüzə məruz qalan qadınlar onlara hücum edənləri öldürsə, cinayət hesab olunmayacaq. Qanuna əsasən, zorakılığa məruz qalan qadınların həmin şəxsləri öldürməsi özünümüdafiə hesab olunacaq.

Bəs Azərbaycanda belə bir qanunun qəbul olunması nə dərəcədə realdır?

Hüquqşünas Səməd Vəkilov Publika.az-a açıqlamasında bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu məsələ öz əksini tapıb:

“Rusiyada bu, ayrıca qanun kimi qəbul olunub. Bizim Cinayət Məcəlləsində isə bu qanun zəruri müdafiə həddini aşmaq formasında əks olunub. Lakin bunun şərtləri başqadır. Özünümüdafiə real olmalıdır. Əgər kişi qadına əlində bıçaqla xəsarət yetirir və qadın da ona bıçaqla cavab reaksiyası verirsə, bu, özünümüdafiə hesab olunur. Lakin kişi şillə ilə xəsarət yetirir və qadın ona bıçaqla qarşılıq verirsə, bu artıq cinayət hesab olunur. Özünümüdafiə ilə bağlı cinayət məsuliyyəti deyil, inzibati məsuliyyət nəzərdə tutulub. Hesab edirəm ki, məişət zorakılığı kontekstində ayrıca qanun kimi qəbul etmək sui-istifadə hallarına gətirib çıxaracaq. Bu qanunun Azərbaycanda qəbul olunması yaxşı nəticələr doğurmaz. Belə qanun İslam ölkəsinə zərər vurar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnəkləri asfalt yola çıxaranlar cərimə olunacaq
Futbolçu Zaur itkin düşüb
Azərbaycanda görünməmiş hadisə: 7 il yaşadığı evini tanımadığı adam əlindən aldı

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO