Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1234
az

Katibəsinə intim münasibət təklif edən müdiri bu CƏZA GÖZLƏYİR -

17:3430 Aprel, 2018
1978
  • A

 İş yerlərində işçilərin rəhbərlik, yaxud digər şəxslər tərəfindən qeyri-etik hərəkətlərə,seksual qısnamaya məruz qalması və bunun yaratdığı hüquqi məsuliyyətlə bağlıdır.


Mövzu ilə bağlı açıqlama verən vəkil Asif Abdullayev bildirib ki,seksual qısnamanın sadə dildə izahı rəhbər şəxsin öz tabeliyində olan əks cinsin nümayəndəsinə “sataşması”, onunla seksual xarakterli hərəkətlər etməyə və yaxud cinsi əlaqəyə girməyə çalışması və sair bu kimi hərəkətlərdir.

"Seksual qısnamanın rəsmi anlayışı isə əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır.

Əmək məcəlləsinə əsasən, işəgötürənin əsas vəzifələrindən biri də seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməkdir. İşçidən bu cür məlumat aldıqda, işəgötürən seksual qısnamaya imkan yaradan şəraiti qiymətləndirməli və qısnamanın, həmçinin əxlaqsızlığın qarşısını almaq üçün zəruri tədbirlər görməlidir.

İşçi seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Ümumi qaydada işçinin əmək müqaviləsinə 1 ay əvvəlcədən xəbərdarlıq edilməklə xitam verilir. Amma göründüyü kimi, qısnamaya məruz qalan işçi, ərizəsində göstərdiyi gündən onun müqaviləsinə xitam verilə bilər", deyə vəkil qeyd edib.

Bəs bu kimi hallarla qarşılaşan işçi rəhbər şəxsdən şikayət etdikdə təzyiqlərə məruz qalsa, hara müraciət etməlidir?

Vəkilin sözlərinə görə,İnzibati Xətalar Məcəlləsinin 205.-ci maddəsinə əsasən, seksual qısnamaya görə işəgötürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

İşin hallarından asılı olaraq, seksual qısnamanın nəticəsi cinayət məsuliyyəti ilə də yekunlaşa bilər. Belə ki, Cinayət məcəlləsinin 151-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə— bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin məzmunundan göründüyü kimi, seksual qısnama nəticəsində işçinin tabe olduğu rəhbəri ilə cinsi əlaqəyə girməyə vadar etmə cinayət məsuliyyəti yaradır.
Mənbə: Femida.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü