Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10266
az

Tanınmış vəkildən Kollegiyanın sədrinə Şok sözlər:\"Parnikdə böyüyüb,həmişə əl altında işləyib\"

13:0824 Fevral, 2019
1122
  • A
 
Oxu24.com xəbər verir ki,tanınmış vəkil Adil Ismayılov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun ünvanına sensasion ittihamlar səsləndirib.

A.Ismayılov qeyd edib ki,VK sədrinin son addımları və açıqlamaları göstərir ki,  hörmətli Anar Bağırov   atəşkəs və ya “bütün cəbhə boyu qəti hücum” arasında seçim qarşısında qalıb. Buna görə də hər iki istiqamətdə işlər aparır.

" Ona bir dəfə  demişdim,  bütün ömrümü insanlarla işləmişəm, qarşılaşdığım bütün  insanlar kimi onu da gözəl tanıyıram.  Sədr təcrübəsizdir, müstəqil deyil, bir az da emosionaldır. Əvvəllər belə vəziyyətdə olmayıb, parnikdə böyüyüb, həmişə əl altında işləyib, nə edəcəyini müəyyən edə bilmədiyi üçün hərəkətlərində ardıcıl deyil. Əvvəl bir təhqiredici status yazdı, sonra onu gizlətdi, deyirlər ki, indi təzədən açıb. Sonra ona inboxda göndərdiyim salamı almadı və məni blokladı, bu səbəbdən səhifəsini görmürəm.  Aramızda öz təşəbbüsü ilə sülhə nail olmağa çalışan bir ümumi tanışımızla  xəbər göndərib ki, mən balaca, hətta bapbalaca bir təkzib yazsam, məni bağışlayacaq və olanları unudacaq. Mən təklifini rədd edəndə şaiyə buraxıb ki, məni bağışlaması üçün elçi göndərmişəm. Adam indiyə kimi məni tanıya bilməyib, təəssüf edirəm. Ondan fərqli olaraq bütün həyatım mübarizədə keçib. “Özümü dərk edəndən oyunların içində olmuşam və bacardığım qədər öz oyunumu oynamağa çalışmışam.”
    Yadınızda olar yazmışdım ki, "Hər kəsin fikir, söz və əqidə azadlığı vardır. Yaltaqların da" .   4 gündür ki,  Anar müəllim onların bu azadlığına müdaxilə edib, aktiv müdafiəçiləri onun göstərişi ilə daha  mənə açıq hücum etmir, fikir verirsinizsə statuslarımda gecələyən gözəgirənlər bir neçə gündür görünmür.  Eyni zamanda passivlərdən mövqelərini müəyyənləşdimək tələb edilir. Çox maraqlı proseslər gedir, bir yandan mənim əleyhimə imzalar toplanır, digər tərəfdən sədrin “dostları” mənə kompramatlar ötürürlər.
    Hazırki vəziyyətin uzun sürməyəcəyi bəllidir.  Bu vəziyyətdən qarşıduran tərəflərin hə ikisi üçün optimal çıxış yolu təklif edirəm. Mənim məlum statusumda yazdığım suallar  hamının başa düşəcəyi və qəbul edəcəyi qaydada, konkret sənədlərə istinad edilməklə cavablandırılır. Məsələn yazılır ki, RH-in icarəyə götürdüyü bina vətəndaş Məmmədova məxsusdur, aylıq 8-10 min manat icarə haqqı ödənilir. Yaxud rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə VK-nın bank hesabında N məbləğdə vəsait olub  və bunları təsdiq edən sənədlər əlavə edilir. Məsələ qapanır. Ya da hər kəs öz səviyyəsində mücadiləyə davam edir. Mən sözümü dedim, növbə sizindir.  
P.S. Mən heç  vaxt görmədiyim kinodan, oxumadığım kitabdan, olmadığım ölkədən, bir sözlə bilmədiyim şeylərdən danışmamışam. Vəkilliyin yeni rəhbərliyinin vəkillikdə inqilabi dəyişikliklər etməsindən bəh-bəhlə danışan kollegiyalarım, bilirsinizmi ki, 2017-ci ilə kimi Rəyasət heyətinin cəmi 11 üzvü olub. Onların 6 nəfəri, o cümlədən sədriniz, bu gün Rəyasət Heyətinin üzvüdür. RH-də bütün qərarların adi səs çoxluğu ilə qəbul edilməsi nəzərə alınsa indiki rəhbərlik o vaxtda çoxluqda olub. Yəni VK rəhbərliyi faktiki olaraq dəyişməyib." Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu