‡агрузка...

DİN-dən mitinq xəbərdarlığı:“Qarşısı qətiyyətlə alınacaq”

 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlimov sosial şəbəkədə Milli Şuranın dinc mitinq müraciətlərinə razılıq verilməsə, gəncləri toplayıb şəhərin dörd bir yanında aksiyalara başlanılacağını açıqlayıb.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bizimyol.info-ya açıqlama verib. “Bu hərəkət qanunsuz hesab olunacaq və istənilən qanunsuz hərəkətin də qarşısı qətiyyətlə alınacaq”,- deyə nazirliyin sözçüsü bildirib.


Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verməyib.
loading...




Paylaş:


21-fev, 2019 169
loading...
Загрузка...
loading...