Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9543
az

Hərbi xidmətə çağırışda YENİLİK - Bundan sonra...

18:4901 Fevral, 2019
910
  • A
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi məsələsi təklif olunur.

Oxu24.com xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qanunun 6.4.1-ci maddəsinə edilən əlavəyə görə, 15 yaşı tamam olmuş şəxslərdən ilkin hərbi qeydiyyata alınarkən doğum haqqında sənədin elektron informasiya sistemindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd tələb olunmayacaq.

Xatırladaq ki, qanunun 6.1-ci maddəsi hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur. Həmin vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırıış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və bir sıra sənədləri təqdim etməlidirlər. Həmin sənədlərdən biri də 6.4.1-ci maddədə nəzərdə tutulmuş doğum haqqında şəhadətnamədir. Doğum haqqında şəhadətnamə ilə bağlı məlumatlar isə Ədliyyə Nazirliyinin elektron informasiya sistemində yerləşdirilib. Bu qurum da həmin sistemə inteqrasiya olunub. Dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə təklif olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Körpə açıq sancaq və gözmuncuğu uddu - Daxili orqanları...
Azərbaycan təyyarələri ilk uçuşlarını yerinə yetirdilər
Şəhid Vidadi Zalov dəfn olunub – Yenilənib