Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9051
az

“Aprel-may aylarında Azərbaycan hücuma keçə bilər...” - ŞOK TƏFƏRRÜAT

15:5918 Yanvar, 2019
1224
  • A
 
Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və “konkret məsələlər” müzakirə olunub.

Virtualaz.org  xəbər  verir   ki, bu  haqda  Ermənistanda  nəşr edilən “İrates” adlı qəzet yazır. Bildirilir ki, həmin “konkret məsələlərdən” biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi barədə olub. Müzakirələrdə Ermənistan ordusunun bu əməliyyatlara qarşı dayanmaq potensialı nəzərdən keçirilib.

“Bu o deməkdir ki, indiki və gözlənilən danışıqlar prosesinə böyük ümidlər bəslənmir, Azərbaycan isə tələsir, ona görə də son aylar susur və özünü sakit aparır”-qəzetə məlumat verən mənbə belə deyib.
 
Ermənistan Müdafiə Nazirliyinə bağlı “Zinuj Media” kanalı isə Azərbaycanla sərhəddə “uzunmüddətli döyüş əməliyyatları aparmağa imkan verən” mərmi və raket anbarının görüntülərini yayıb. Orada bildirilir ki, sərhədə yaxın yerləşən yeraltı anbar yaxşı konspirasiya olunub və irimiqyaslı hərbi əməliyyatlar zamanı vaxt itirmədən ordunun mərmi, raket ehtiyacını təmin etməyə imkan verəcək.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Parisdə növbəti danışıqlar olub. 4 saatdan çox çəkən danışıqlardan sonra tərəflər xalqları sülhə hazırlamaq barədə razılığa gəldiklərini açıqlayıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sərhədçilərimiz halı pisləşən erməni uşağa belə kömək etdilər - FOTO
Azərbaycan yeni silah aldı: Xarici ölkədən  edilən istənilən hücumu dəf edəcək
Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır -Ermənistan saniyədə külə dönə bilər

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət