Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
771
az

Ordumuz düşməni üstələdi - YENİ GÜCLƏR MƏLUMDUR

10:5718 Aprel, 2018
1405
  • A
Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 53-cü yeri tutub.

Oxu24.com  xəbər verir ki, bu barədə “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında qeyd olunub. Hesabatda ümumilikdə 136 ölkə yer alıb.

Azərbaycan reytinq siyahısında ötən illə müqayisədə 6 pillə irəliləyib.

Türkiyə siyahıda 9-cu, İran 13-cü, Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir. Hesabatda ilk üçlükdə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb.

“Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
Azərbaycan Ordusunun əsgəri fəciəvi şəkildə öldü
Azərbaycan ordusunun zabiti intihar etdi

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM