Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6802
az

Azərbaycan Müdafiə Nazirliyindən Yerevana zəng vururlar

19:0106 Noyabr, 2018
766
  • A
Ermənistan müdafiə naziri David Tonoyan bu gün sensasion bəyanatla çıxış edib.
 
Oxu24.com "Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

"Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə birbaşa telefon rabitəsi saxlayır”-David Tonoyan parlamentdə bildirib.

O qeyd edir ki, təmas xəttində gərginlik Düşənbədə baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşdən sonra azalıb.

"İndi iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa telefon rabitəsi var. Biz qoşnların hərəkətini, mühəndis işlərini, hansısa başqa hərəkəti qeydə alan kimi Azərbaycan tərəfinə xəbər veririk ki, dayansınlar”-Tonoyan deyib.

"Bəs Azərbaycan tərəfi buna necə reaksiya verir?”-deputatlar müdafiə nazirindən soruşublar.

"Çox konstruktiv reaksiya verir”-Tonoyan cavab verib.

Müdafiə naziri dəqiqləşdirib ki, birbaşa telefon rabitəsi nazirlər səviyyəsində qurulmayıb. Lakin müvafiq vəzifəli şəxslər var və onlar məlumatları çatdırır. Rabitə ikitərəfli rejimdə fəaliyyət göstərir.


"Azərbaycan Müdafiə Nazirliyi də bizimlə əlaqə saxlayır. Şəxsən mənimlə yox, amma nazirliklə-bəli. Yenə də konstruktiv şəkildə”-o bildirib. Tonoyan əlavə edib ki, Paşinyanla Əliyev arasında birbaşa telefon rabitəsi hələ mövcud deyil.

Xatırladaq ki, Azərbaycan prezidenti ilə onun rabitə əlaqəsinin qurulduğu haqda bu günlərdə Nikol Paşinyan bildirmişdi. Paşinyan deyib ki, lazım olan məqamda informasiya yarım saat ərzində Azərbaycan prezidentinə və ya ona çatdırılır. Lakin Paşinyan rabitə kanalının hansı struktur üzərindən qurulduğunu deməmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO