Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6123
az

Məmur övladı şəhid oldu... - Əbdülməcidin 25-ci yaşı

11:4815 Oktyabr, 2018
1167
  • A
 

...Aprel   döyüşləri   davam    etdiyi   zaman   hadisələrin   içərisində   olduğumdan  baş   verənləri   diqqətlə   izləyirdim. Mətbuatda  qarşıma  “məmur  övladı  şəhid oldu ”  başlıqlı   yazılar   çıxdı. Təbii  ki, bu  xəbər  diqqətimi  cəlb etmişdi. Özlüyümdə   həmin  məmurun   kim   olduğu, şəhid  övladının  həyat  yolunu araşdırmaq   qərarına   gəldim.  Döyüşlər  bitdikdən   sonra   şəhidin   yaşadığı  Sumqayıt    şəhərinə   yollandım.  Yolun   kənarında  dayanan  məktəblilərdən  şəhid  Əbdülməcidin   yaşadığı  ünvanı  soruşduqda  onlar  böyük  fəxr  hissi  ilə  qarşısında   dayandıqları  məktəbi  göstərib  “bizim  məktəbdə oxuyub, Məcid. Evlərinin  də  yerini  hər  kəs  bilir. Sizi  ora  apararıq”, dedilər.
Bəli,   Əbdülməcidin  qəhrəmanlığı,  adı   yaşadığı  Sumqayıtda  və  küçədə  bir əfsanəyə  çevrilmişdi. Hər kəs  onu  nümunə  kimi görürdü. Yaşından, cinsindən asılı  olmayaraq...


Artıq   Əbdülməcidin  yaşadığı  mənzildə  idim. Gələnlər-gedənlər hələ də var. Şəhid anasını  ziyarətə gələnlərin böyük  əksəriyyəti  onun tanımadığı şəxslərdən. Onlar Azərbaycanın  rayonlarından,  şəhərlərindən  gələn gənclər idi. Şəhid  anası bu   mənzərə  ilə   artıq yaçadığını və gənclərin  şəhidə  belə  qiymət  verməsindən  qürurlandığını   deyir.
 
...Hələ  o  zamanlar  şəhidin  anası  Ceyran  Axundova   ilə   tanışlığımız  yox  idi.  Müsahibəyə  başlamzadan  öncə  Ceyran   anadan  mətbuatda   yazılan  “məmur  övladı  şəhid  oldu” başlıqlı  yazı   ilə  bağlı  soruşdum. Ceyran  ana  gülümsənərək  “Şəhidlər  bu  cür  kiçik  evlərdən   çıxır.Mən   Sumqayıt  şəhər  Mədəniyyət  və  Turizm  İdarəsdə  məsləhətçisi  vəzifəsində  çalışıram. Hamı  kimi  sadə  bir  ailəyik”, cavabını   verdi.

Kiçik  bir  evdə  Azərbaycana  səs  salacaq  belə  böyük  övlad   böyütmək qəhrəmanlıq  deyilmi?...

Ceyran   xanımla   müsahibədən   sonra  bu  ailə  ilə  sıx  dostluq  münasibətlərimiz yarandı. Bu  gün  Şəhid  Əbdülməcidin   doğum  günüdür.  Ailəsi, dostları   ilə  25 yaşını  qeyd  edəcəkdi... Əbdülməcid   cismən  bizimlə  olmasa  da, ruhən yaşayanlardandır.Axı  Şəhidlər  ölmür...

İnsanları  birləşdirən  qəhrəman  Əbdülməcid   Axundov  kimdir?

Əbdülməcid    Axundov   1993-cü   ilin  15  oktyabr   tarixində   Sumqayıt  şəhərində  Nadirşah   və  Ceyran  Axundovaların  ailəsində  anadan olub. 2010-cu ildə  Sumqayıt  şəhərində  yerləşən  16  saylı  tam  orta  məktəbi  bitirən Əbdülməcid  Axundov  elə  həmin  il  Azərbaycan Texniki Universitetinə daxil olub. Əsgər  Əbdülməcid  Axundov 2016-cı ilin  aprel  ayında  baş verən döyüşlərdə şəhid olub.
Aprelin  9-u  isə  Əbdülməcid  Axundov  doğulduğu  Sumqayıt  şəhərinin  Şəhidlər Xiyabanında  dəfn olunub.
Əbdülməcid  Axundov  ölümündən  sonra  göstərdiyi  qəhrəmanlığa görə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə  təltif  edilib.

Miri Məcidli
Femida.az


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Körpə açıq sancaq və gözmuncuğu uddu - Daxili orqanları...
Azərbaycan təyyarələri ilk uçuşlarını yerinə yetirdilər
Şəhid Vidadi Zalov dəfn olunub – Yenilənib