Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5951
az

Azərbaycan bu ölkədən 10 döyüş təyyarəsi aldı, 15-ni sifariş etdi - İrəvanı ŞOKA SALACAQ ADDIM

19:4209 Oktyabr, 2018
811
  • A
Azərbaycan İtaliyadan 10 ədəd “M-346” tədris-döyüş təyyarəsini əldə edib və 15 belə təyyarəni sifariş edib.
Oxu24.com xəbər verir ki, bu haqda Rusiyanın ridus.ru portalı bildirib.
“M-346” İtaliya və başqa ölkələrin Hərbi-Hava Qüvvələrinin pilotlarının uçuş hazırlığı üçün nəzərdə tutulmuş təyyarədir. Təyyarə iki “F-124-GA-200” turboreaktiv mühərriki ilə təhciz edilib. Bu mühərriklər hava gəmisinə saatda 1050 kilometr sürətə çatmağa imkan verir. “M-346” 3 tona qədər çəkisi olan mərmilər və bomba daşıya bilir.
İtaliyanın Hərbi Hava Qüvvələrinin silahlanmasında 18 belə təyyarə var. Belə təyyarələrin sayı Sinqapurda 12, İsrail 30, Polşada isə 8 ədəddir.
Təyyarələri istehsal edən “Leonardo Aircraft” şirkətinin müştəriləri arasında Azərbaycan Müdafiə Nazirliyi də var. Azərbaycan bu təyyarələri ilk dəfə 2017-ci ilin mayında nümayiş etdirmişdi. Ancaq həmin vaxt Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilmiş bu təyyarələrin sayı haqqında informasiya elan edilməmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu