Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3263
az

Ermənistan MN Aşotun ağzı ilə danışır: Sədərək, yoxsa bütün Ermənistan hədəfdə?

11:1929 İyun, 2018
2535
  • A
Ermənistan müdafiə nazirliyinə yaxınlığı ilə bilinən, sosial şəbəkələrdə təxribatçı bəyanatlar yaymaqla məşhur olan, jurnalist Aşot Asatryan növbəti dəfə daha fərqli və təhdidedici paylaşım edib.

Azərbaycan Ordusunun Naxçıvandakı uğurlarına qısqanclıq edən Asatryan, vəziyyətin kəskinləşəcəyi halda Ermənistan ordusunun mülki sakinləri hədəfə ala biləcəyini bildirib. Erməni qəddarlığı ilə alışıb-yanan bu faşist, Ordumuzu Naxçıvanın Sədərək rayonunun kəndlərindən birində yaşayan mülki sakinləri vurmaqla hədələyir.

Asatryan "Facebook" səhifəsində yazır:

"Ermənistan tərəfindən müşahidə olunan Naxçıvan əraziləri. Əgər qəddarlıq olmasını istəyirsinizsə, o zaman qəddarlıq olacaq. Şəkillər ardıcılıqla təqdim olunur:


1-ci şəkildə erməni mövqelərindən müşahidə olunan Azərbaycana aid olan tabordur. Taborda baş verən bütün hərəkətləri ən sadə dürbin və ya snayperlə müşahidə etmək olar.


2-ci şəkildə çox sıx məskunlaşmış və bizim nəzarətimiz altında olan Azərbaycanın Sədərək kəndidir. İstənilən bir atəş bu azərbaycanlı qəsəbəni xaosa sürükləyəcək. Hərbçilər qeyd edir ki, kəndi bir neçə saat ərzində boşalda bilməzlər.


3-cü şəkildə müharibə zamanı xilas yolu olacaq kəndə və digər şəhərlərə tərəf gedən yoldur. Yol həmçinin bizim nəzarətimiz altındadır.


4-cü şəkildə yaşayış məntəqələrini müdafiə edən Azərbaycan mövqeləridir. Bu mövqelərin arxa cəbhə yolları eyni qaydada bizim nəzarətimiz altındadır və mövqedən heç bir ciddi hərbi əməliyyat həyata keçirmək mümkün deyil.

Qeyd edək ki, Azərbaycan Ordusu Naxçıvanda işğal altında olan əraziləri azad edib. Əks-həmlə əməliyyatı zamanı azad edilən ərazilərdə mülki sakinlər yaşamayıb və nəticə etibarı ilə Azərbaycan ordusu Ermənistandan fərqli olaraq, strateji yüksəkliklərdən mülki sakinlərin hədəfə alınmasını heç vaxt səsləndirməyib. Azərbaycan Ordusu Qarabağa gedən strateji təyinatlı Laçın yolunun nəzarətdə alındığını (sırf hərbi məqsədlər üçün) bildirsə də, yuxarıda göründüyü kimi Ermənistan Sədərək kəndinin əhalisinin qətlindən, onların geri çəkilmə planları və ya qarşısının alınması yollarını müzakirə edirlər.

Lakin Asatryan və ona bu sifarişi verən Ermənistan müdafiə nazirliyi də yaxşı bilir ki, nəinki Sədərək istiqamətində azad edilən ərazilərdən, Naxçıvanın istənilən ərazisindən Ermənistanın istənilən hərbi təyinatlı obyektini məhv edə bilərik. Aşağıda Günnüt-Arpaçay əməliyyatından başqa, daha öncə keçirilən Sədərək əməliyyatının istiqamətləri təqdim edilib. Düşünürəm ki, erməni istifadəçilər mülki sakinləri hədəfə alan eyforiyaya qapılmış Ermənistan müdafiə nazirliyini və Asatryanı xəritədə göstərilən məğlubiyyətlərlə bağlı sorğu-sual etməlidirlər.


1-ci şəkildə Ermənistan ordusunun 90-cı illərdə işğal etdiyi ərazilər və mövqelər göstərilib.


2-ci şəkildə Ordmuzun bu istiqamətdə irəliləməsi və düşməni geri oturdaraq daha əlverişli mövqelərdə möhkəmlənməsi göstərilir.


3-cü şəkildə isə düşmənin Naxçıvanda bütün istiqamətlər üzrə geri çəkilməsinin panoraması təqdim edilir.

Alpər Mövludoğlu
Yazı Ordu.az-a məxsusdur

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Elza Seyidcahan:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı