Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17858
az

Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...

11:5513 Sentyabr, 2019
831
  • A
 
İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.

Oxu24.com  Teleqraf.com-a istinadən xəbər verir ki, mərhum pilotun qardaşı Nicat Atakişiyev kimlərinsə insanların Rəşada sevgisindən istifadə etmək istədiyini qeyd edib.

"Kimsə Rəşad Atakişiyevin həyat yoldaşı Könül xanımın adından profil açıb, Rəşadın adından istifadə edərək pul toplayır. Dostlar, sizdən xahişim budur, hər kəs bilsin ki, Rəşadın adından istənilən heç bir şeyə qarşılıq verməyin və inanmayın. Bu insanı da axtarıb taparıq, inşallah. İnsanlar bilsin ki, kimsə Rəşadın üzərindən ailəsi adından pul yığır. Aldığım məlumat belədir".

Nicat Atakişiyev qardaşının xanımının da müraciətini sosial mediada paylaşıb:

"Könül xanımın adından sosial şəbəkələrdə "Rəşad Atakişiyev" adı ilə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, Könül xanım heç bir sosial şəbəkədən istifadə etmir və heç bir digər adlarla səhifələr yaratmayıb. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, o saxta adlı insanları ifşa edin". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO