Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16577
az

Rusiya Azərbaycanın qəzaya uğramış MiQ-29 təyyarəsi ilə bağlı AÇIQLAMA VERDİ

17:0208 Avqust, 2019
770
  • A
 Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.

Oxu24.com-un verdiyi xəbərə görə, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.

Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq.

Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

İyulun 31-də Türkiyənin aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu