Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15409
az

Azərbaycan Ermənistanın hücumundan qorunmaq üçün sədd çəkir

19:3108 İyul, 2019
830
  • A
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.
Son üç ildə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.

Ötən illərdə olduğu kimi, bu il də kənd sakinlərinin müraciəti əsasında Məzəm kəndində müdafiə hasarlarının çəkilməsinə başlanıb. Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb.

Qeyd edək ki, 65 evdən ibarət bu kənd münaqişə başlayandan 8 şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi doğma yurdunun müdafiəsi uğrunda canından keçib. Onlardan biri - Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. (AZƏRTAC) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü