Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1535
az

Müdafiə Nazirliyi artilleriyanın görüntülərini yaydı -

16:2608 May, 2018
1555
  • A


Azərbaycan hərb tarixinə nəzər salsaq əminliklə deyə bilərik ki, artilleriya birləşmələri orduda hər zaman önəmli yer tutub. Müasir ordumuzda bütün sahələri olduğu kimi artilleriya da durmadan inkişaf edir, nəzəri-praktik biliklər artırılır və ordumuz ən müasir tələblərə cavab verən artilleriya qurğuları ilə təmin edilir.

“N” saylı hərbi hissənin artilleriya divizionu ilə yaxından tanış olduqda bunun tam şahidi olursan. Şəxsi heyətin gündəlik fəaliyyəti üçün kazarmada hər bir şərait yaradılıb. Şəxsi gigiyena və təmizlik qaydalarına riayət olunması üçün heyət hamam və isti su ilə təmin olunub. Şəxsi heyətin təmiz paltarla və yataq ağları ilə təmin olunması üçün camaşırxana da mövcuddur. 
İlin soyuq mövsümündə divizionu istilik sistemi və isti su ilə təmin etmək üçün qazanxana fəaliyyət göstərir. Qazanxana işçisinin nəzarəti altında qızdırıcılar sutka ərzində divizionu istiliklə təmin edir.






Nizamnamə qaydalarının tələblərinə uyğun olaraq əsgərlərin saçları da vaxtında səliqəyə salınır.
Fiziki hazırlığın yüksək səviyyədə saxlanılması üçün hərbi hissədə trenajor zalı şəxsi heyətin istifadəsinə verilib. Bu, hərbçilərin formada qalması ilə bərabər ordunu təmsil edən peşəkar idmançıların da yetişməsinə səbəb olur.

Şəxsi heyətin vaxtında və keyfiyyətli qidalanması vacib məsələlərdən biridir. Divizionun yeməkxanası bu mənada hər bir imkana malikdir. Xanım aşpazların təzə və keyfiyyətli ərzaqlardan hazırladıqları yeməklər ev xörəkləri qədər dadlıdır. Əsasən üstünlük milli mətbəximizə verilir. Şəxsi heyət gün ərzində üç dəfə yüksək keyfiyyətli yeməklərlə qidalanır.

Divizionda şəxsi heyətin sağlamlığını daim nəzarətdə saxlamaq məqsədilə tibb məntəqəsi fəaliyyət göstərir. Burada mütəmadi olaraq profilaktik müayinələr keçirilir, gündəlik bədən hərarətinin ölçülməsi və ilkin tibbi yardım göstərilməsi prosedurları da aparılır.
Daimi olaraq ixtisas hazırlığından istər nəzəri, istərsə də praktiki dərslər keçirilir. Tədris planına əsasən zabit heyəti ilə keçirilən nəzəri biliklərin effektivliyini artırmaq məqsədi ilə müasir kompüter sistemindən istifadə edilir. Kompüter avadanlığı vasitəsi ilə  verilən koordinatlara əsasən şərti hədəflərin məhv edilməsi məşq edilir.

Şəxsi heyətin ixtisas hazırlığı ilə yanaşı mənəvi-psixoloji ruh yüksəkliyini artırmaq məqsədi ilə ictimai-siyasi hazırlıq dərsləri də tədris olunur. Bu dərslərdə qrup rəhbəri ulu öndər Heydər Əliyevin siyasi irsindən və onun Azərbaycanda ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsi tarixindən, ölkəmizin hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən islahatlardan danışır.

Həmçinin divizionun ərazisində praktiki dərslər də təşkil olunur. Komanda idarəetmə məntəqəsindən verilən koordinatlara əsasən top heyəti praktiki olaraq topun hədəfə doğru tuşlanmasını yerinə yetirir. Bundan sonra top heyəti komanda idarəetmə məntəqəsinə atəşə hazır olduqları barədə məruzə edir və növbəti komandanı gözləyir.

Divizionda istirahət saatlarında mədəni-asudə vaxtın təşkilinə xüsusi diqqət yetirilir. Şəxsi heyət arasından yaradıcılıq qabiliyyəti olanlar öz ifaları ilə istirahət saatlarını daha da rəngarəng edirlər.

 Orduda aparılan islahatların tək bir amalı var, işğal altında olan torpaqlarımızı azad etmək və dövlət bayrağımızı Qarabağda dalğalandırmaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
Azərbaycan Ordusunun əsgəri fəciəvi şəkildə öldü
Azərbaycan ordusunun zabiti intihar etdi

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu