Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13594
az

Bakı fürsəti əldən verib? - \"Fürsətdən yararlanmağa bu qüvvələr mane olub\"

14:5023 May, 2019
869
  • A
 Ermənistanda yaranan qarşıdurma mühitindən istifadə şansını, biz artıq əldən vermişik.

Politoloq Nəzakət Məmmədova Redaktor.az-a açıqlamasında Azərbaycan ordusunun Ermənistan daxilində qarışıqlıq yaranmasından istifadə edərək, ərazilərini qaytara biləcəyi ilə bağlı iddialara münasibət bildirib. Politoloq hesab edir ki, Ermənistan bu fürsəti əldən verməzdi:


“Əlbəttə, indi də gec deyil. Amma bir dövr var idi ki, həmin vaxt şansdan yararlansaydıq daha çox nəticələrə nail ola bilərdik. Amma görünür buna böyük güclərin icazəsi olmalıymış. Bizim kimi dövlətlər böyük güclərlə hesablaşmağa məcburdur. Beynəlxalq siyasətdə bu, yazılmamış qanunlardan biridir. Paşinyanı hakimiyyətə gətirən qüvvələr, onun təhlükəsizliyini təmin etmək üçün kənar təziqlərin qarşısını aldılar. Amma bir çoxları, eyni zamanda mən də düşmən ölkədə olan bu qarşıdurmadan istifadə etməyimizin tərəfdarı idim. Necə ki, 1990-cı illərdə onlar etmişdi. Azərbaycanda daxili qarşıdurmalar yaşanan dövrdə ermənilər Azərbaycanın torpaqlarını işğal etdi”.

Politoloq Azərbaycan Ordusunun son 1 ayda 3 hərbi təlim keçirməsinə də münasibət bildirib:

“Ermənistan daxilində psixoloji gərginlik yaratmaq və Azərbaycanın özündə, əhali arasında ruh yüksəkliyinə xidmət etmək üçün hərbi təlimlər keçirilir. Hərbi təlimlər real döyüş əməliyyatları ilə əvəz olunsa, bunun daha çox təsiri olardı”.

Politoloq sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun Ermənistandan Azərbaycana qarşı təxribat olacağı fikrini də dəstəkləyib:

“Ermənistandan Azərbaycana qarşı təxribat hər zaman gözləniləndir. Zatən atəşkəs hər gün pozulur. Amma bunun baş verməsi Rusiyadan asılıdır. Çünki Ermənistanın ordusu nə Paşinyanın əlindədir, nə də Qarabağ klanının. Təxribatı ordu ilə edirlər. Orduya Rusiyanın birbaşa təsir imkanları var. Rusiya hansı göstərişi versə, ermənilər onu edəcək. Fikir verin, Paşinyan hakimiyyətə gələndən sonra Müdafiə Nazirliyinə öz adamlarından birini də yerləşdirə bilmədi. Yaranacaq hər hansı bir təxribat, ölkədə Paşinyanın nüfuzunun aşağı düşməsi ilə nəticələnəcək. Ermənistanda daxili mübarizəni Rusiya tənzimləyir. Ermənilər Rusiyanın əlində sadəcə bir fiqurdur. Rusiya Qarabağ klanının güclənməsi və Paşinyanın nüfuzdan düşməsində maraqlı olsa, bu, baş verəcək. Ermənistanın Azərbaycana qarşı istənilən təxribatına Azərbaycan cavab vermək gücündədir. Azərbaycanın bu uğuru isə Ermənistanda Paşinyana qarşı mübarizəni gücləndirər”.

Politoloq Natiq Miri  də məsələ ilə bağlı saytımıza danışıb. Politoloq bildirib ki, Azərbaycan Ermənistandakı qarşıdurmadan istifadə edərək, qısamüddətli ildırımsürətli hərbi əməliyyatlarla ən azından bir neçə strateji bölgəni işğaldan azad edə bilər:


“Hətta Azərbaycan Ermənistanda siyasi hakimiyyətin dəyişməsi məsələsində də dolayısı ilə təsirə malikdir. Erməni cəmiyyətində narazılıq və qorxu yaratmaqla Ermənistan siyasi dairələrində qarşıdurmanı tətikləmək mümkündür. Bu gün Ermənistanda bunun üçün münbit mühit də mövcuddur. İnqilab vasitəsi ilə hakimiyyətə gələn Paşinyanın qarşısında böyük maliyyə mənbələrinə malik olan və müəyyən  hərbi güclərə nəzarət edən Sarkisyan-Köçəryan hərbi xuntası müvcuddur. Bu xunta istənilən zamanda Qarabağ cəbhəsində inqilabçı Paşinyan hökumətinə ciddi problemlər yarada bilər. Bu əndişə bu gün Paşinyan hökumətində mövcuddur. Ayrıca Pşainyanın rəhbərlik etdiyi güc mərkəzi nə qədər parlament seçkilərində böyük əksəriyyətlə qalib gəlmiş olsa da, hələ də siyasi, xüsusilə də məhkəmə sistemində özünün istədiyi vəziyyəti yarada bilməyib. İstənilən zaman Ermənistanda hərbi-siyasi qarışıqlıq yarana bilər”.

N.Miri hesab edir ki, Azərbaycanın keçirdiyi hərbi təlimlər işğal olunmuş torpaqların hansısa zaman çərçivəsində güc tətbiq etməklə azad oluna biləcəyinə işarədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü