Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12846
az

Azərbaycan yeni lazer güdümlü bombasını göstərdi: Hədəf nöqtəsi tapılır və məhv edilir

10:3807 May, 2019
1019
  • A
 


Azərbaycan istehsalı olan “QFAB-250 LG” aviasiya bombasının göstəriciləri açıqlanıb.

Oxu24.com  xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun baş direktoru Novruz Abdullayev “Report”un Türkiyə bürosuna açıqlamasında silahın inert nümunəsinin İstanbulda keçirilən “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə nümayiş etdirildiyini bildirib.

Onun sözlərinə görə, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası MSN-in Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb: "Bombardmançı qırıcı təyyarələr üçün nəzərdə tutulan bomba çox yüksək dəqiqliyə malikdir. Silahın iş prinsipinə görə, hədəf böyük, güclü lazer göstəricisi vasitəsilə işıqlandırılır. Bomba bombardmançı qırıcı təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf nöqtəsi tapılır və məhv edilir. Silahın döş hissəsi qəlpəli-fuqaslı bombadır və radiusu yüz metrdən çoxdur. Bombanın sabitləşdirici hissəsi Türkiyənin “ASELSAN” şirkətinin məhsuludur. “QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bomba canlı qüvvəni və hədəfləri anında məhv etmək üçün yüksək səviyyədə hazırlanıb”.

N.Abdullayev deyib ki, bomba təyyarədən atıldıqdan sonra atılma istiqamətindən asılı olmayaraq, koordinatları əvvəlcədən onun yaddaşına daxil edilmiş hədəfə yönəlir: 

"Eyni zamanda yeni məmulatda əlavə olaraq bərk yanacaqlı mühərrik də qurulub. Bu da onun uçuş məsafəsinin dəfələrlə artırılmasına imkan verir. Biz yeni dəqiqləşdirilmiş yol xəritəsi işləyəcəyik və bununla da bombanın nə vaxt və harada sınaqdan keçiriləcəyi məlum olacaq”.

Nazirlik rəsmisi “QFAB-250 LG”nin yalnız Azərbaycan Ordusunda deyil, postsovet ölkələrində də silahlanmaya qəbul ediləcəyini istisna etməyib: “Bu bomba daxili təlabat və ixrac üçün nəzərdə tutulub”.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusu  böyük  miqyasda hərəkətə keçdi
Cəbhədən acı xəbər gəldi : Şəhidimiz var
Belarus Azərbaycana elə silah satdı ki, Ermənistanı yox etmək olar - DETALLAR

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı