Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12599
az

Azərbaycan və Türkiyə orduları hərəkətə keçir, hədəf... - Ermənistanı TİR-TİR ƏSDİRƏN HƏMLƏ

09:5901 May, 2019
1242
  • A
 Azərbaycan və Türkiyənin ordu birləşmələrinin növbəti birgə təlimləri keçiriləcək.
Azərbaycanda keçiriləcək hərbi təlimlər 1-3 may tarixini əhatə edəcək. “Mustafa Kamal Atatürk – 2019” şüarı ilə keçiriləcək təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.
Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilir. Təlimlərin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçiriləcəyi qeyd edilir.
Keçiriləcək təlimlər Ermənistan və Rusiyada narahatlıqla qarşılanıb. Erməni ekspertlər hesab edirlər ki, ad açıqlanmasa da, təlimlərin hədəfi Ermənistandır. Erməni şərhçi Aram Sarkisyan bu təlimlərin hədəfinin nəzəri baxımdan Ermənistan olduğunu və Dağlıq Qarabağ məsələsində hərbi təzyiqin edildiyini iddia edib. O, məsələ ilə bağlı Rusiyanın erməniyönümlü ekspertlərinə müraciət edib.
Moskvanın MDB İnstitunun direktor müavini Vladimir Yevseyev iddia edir ki, bu təlimlər təkcə Ermənistan yox, Rusiya maraqlarına qarşı da yönəlib. “Ermənistan-Rusiya münasibətləri Ermənistanla hərbi münaqişəyə icazə vermir. Bunu Türkiyə də anlayır. Əgər Ermənistana hücum olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edəcək”, - deyə Yevseyev bildirib.
Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Publika.az-a açıqlamasında bu məqamlar bağlı iki məqamı Ermənistanın diqqətinə çatdırır.


Politoloq birinci məqamda qeyd edir ki, bölgədə təkcə hərbi təlimlər keçirən Türkiyə-Azərbaycan deyil, Rusiya-Ermənistan birliyi də var:
“Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi çoxdan planlaşdırılmışdı. Artıq bir neçənci dəfədir ki, belə təlimlər həyata keçirilir. Azərbaycan qoşunları sonuncu dəfə Türkiyə qoşunlarının qış təlimlərində iştirak edib. Növbəti təlimlərdə hərbi-dəniz qüvvələrinin də iştirakı nəzərdə tutulub. Belə təlimlər sistematik xarakter alıb və heç bir üçüncü dövlətin əleyhinə çevrilməyib. Məyusluq içində Ermənistan və Rusiya ictimaiyyətinə xatırlada bilərik ki, artıq neçənci dəfədir, Ermənistan ərazisində Rusiya qoşunları ilə birgə hərbi təlimlər keçirilib. Bu təlimlərdə Hərbi Aviasiya iştirak edir, Tank Qoşunları və Quru Qoşunları qatılır. Özü də təlimlər ildə, ən azı, iki dəfə keçirilir və çox böyük coğrafiyanı əhatə edir. Üstəlik, bu azmış kimi, Ermənistanın ərazisində Rusiyanın iki böyük hərbi bazası var. Bu bazalarda olan qoşun kontingenti yeri gələndə ermənilərlə birlikdə hərbi təlimlərə cəlb olunurlar. Ermənistan Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – Rusiya NATO-sunun üzvüdür. Yəni bu o deməkdir ki, bu dövlətlər KTMT-nin də təlimlərində birgə iştirak edirlər. Bütün bunlar göstərir ki, Rusiya-Ermənistan qoşunları bir-birinə daha çox inteqrasiya edib. Buraya Rusiyanın 3 dəfə çox böyük məbləğdə Ermənistana silah krediti verdiyini, Boris Yeltsinin dövründə 1 milyarddan çox dəyəri olan silah-sursatın Ermənistan ordusuna hədiyyə edildiyini, həmçinin Gürcüstandan çıxarılan Rusiya qoşunlarının bütün hərbi təchizatının hamısının Ermənistana göndərildiyini əlavə edə bilərik. Kredit adı altında döyüş təyyarələrindən tutmuş, müxtəlif döyüş silahlarına qədər hər şeylə Ermənistan təmin edilir. Son olaraq 4 ədəd “Su-30SM” qırıcılarının göndərilməsi gündəmdədir. Bütün bunları diqqət mərkəzində saxlayaraq xatırladaq ki, Azərbaycan və Türkiyənin ildə iki dəfə təlimlər həyata keçirir. Biri Türkiyənin Konya şəhərində, digəri isə Azərbaycan ərazisində. Bu təlimər qardaş ölkələrin hərbi qüvvələrinin bir-birinə inteqrasiyasını təmin edir”.
Qabil Hüseynli ikinci məqamda diqqətə çatdırır ki, bu təlimlərin səbəbi məhz Ermənistandır:
“Bölgədə bu cür hərəkətlərə zəmin yaradan, onun həyata keçirilməsini məcbur edən səbəb Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətdir. Rusiyanın da bunu bu və ya digər formada dəstəkləməsidir. Əgər Ermənistanın işğalçılıq faktoru olmasaydı, bölgə daha sabit, sülh içində olardı”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusunun əsgəri fəciəvi şəkildə öldü
Azərbaycan ordusunun zabiti intihar etdi
Hikmət Mirzəyev Türkiyənin ordu generalı ilə görüşüb - FOTOlar

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət