Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12565
az

Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır -Ermənistan saniyədə külə dönə bilər

10:5230 Aprel, 2019
2868
  • A
 
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə hazırladığı lazer yönləndirməli aviasiya bombasının inert versiyası sınaqlar üçün hazırdır.

Oxu24.com   xəbər verir  ki, bu  barədə  “AzeriDefence”ə  İDEF-2019 sərgisində iştirak edən Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.

Bombanın ilk prototipindən üç ədəd hazırlanıb. Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.

ETİ-nin baş direktoru Novruz Abdullayevin sözlərinə görə, inert versiya sınaq üçün hazırdır. Bunun müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqları həyata keçiriləcək. Daha sonra sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.

Qeyd edək ki, LGK-nin inteqrasiya edildiyi Azərbaycan istehsalı olan QFAB-250 aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq, 12000 metrədək məsafədə hədəfləri maksimum 10 metr sapma ilə vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan yeni silah aldı: Xarici ölkədən  edilən istənilən hücumu dəf edəcək
Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır -Ermənistan saniyədə külə dönə bilər
Ordu bütün qüvvə və gücünü düşmənin üzərinə endirməyə hazırdır - Nazirikdən BƏYANAT

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı