Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
123
az

Ermənilərin “pilotsuz tankı” gülüş doğurdu

11:5231 Mart, 2018
1977
  • A
 Ermənistanın KBX şirkəti "pilotsuz tank” yaratdığını iddia edib.

Oxu24.com  xəbər verir ki, "tank” İrəvanda keçirilən "ArmHitec-2018” beynəlxaql silah və müdafiə texnologiyaları sərgisində təqdim edilib.

Şirkətin nümayəndəsi David Nikoqosyan "pilotsuz tank da adlandırıla biləcək” özüyeriyən kiçik aparatın çəkisinin 200 kq, yükdaşıma qabiliyyətinin 300 kq olduğunu açıqlayıb.

"Bu platform onun üzərinə nə quraşdıracağınızdan asılıdır. Məsələn, siz ona kamera quraşdırsanız, onu kəşfiyyat məqsədilə istifadə edə bilərsiniz. Əgər silah quraşdırsanız, onun vasitəsilə qarşısındakı hədəfi məhv edə bilərsiniz”, - şirkət nümayəndəsi deyib.

Yeni yaratdıqları "pilotsuz tankın” elektrikli mühərriklə işlədiyini deyən Nikoqosyan bu qurğunun hələlik bütün testlərdən keçmədiyini deyib.

Ermənilərin "pilotsuz tank” dediyi qurğunu əslində tankdan başqa hər şeyə bənzətmək mümkündür. Belə ki, təqdim edilən "pilotsuz tank” dünyadakı analoji qurğuların heç birinə bənzəmir. Qabaritlərinə görə də "pilotsuz tank” deyilən bu qurğu daha çox bəzi çətin keçilən yerlərdən odun daşımağa yarayır.

Qurğu kəşfiyyat üçün həddən artıq böyük, döyüş üçün çox kiçikdir. Ordunun robotlaşdırılması istiqamətində lider olan ABŞ, İsrail kimi ölkələr artıq bu qədər böyüklükdə qurğulardan kəşfiyyat üçün istifadə etmirlər. ABŞ-ın bunun üçün həcmi həddən artıq kiçik olan "Recon Scout” (1,3 kiloqram), "First Look 110” (2,5 kiloqram) və "Dragon Runner” kimi pilotsuz yeriyən aparatları mövcuddur.

Görünür, ermənilər "pilotsuz tank” deyəndə pultla idarə olunan tırtıllı oyuncaqları nəzərdə tuturlar.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş