Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12007
az

Azərbaycan Ordusunun QƏFİL HÜCUMU və... - Düşməni diz çökdürəcək HƏMLƏNİN İNANILMAZ DETALLARI

09:1816 Aprel, 2019
967
  • A
 Dünən Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş oldu. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak etdilər.
Məlumatlara görə, müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil. Görüşün nəticələrini proqnozlaşdırmaq çətindir, lakin bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar.


Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov bildirir ki, cəbhədəki mövcud proseslərin diplomatik görüşlərlə heç bir əlaqəsi yoxdur:
“Cəbhədə vəziyyətin gərginləşməsinin görüşlə heç bir əlaqəsi yoxdur. Çünki Ermənistan cəbhədə atəşkəsi daim və sistematik şəkildə pozur. Özü də bu keçmiş rejimdən yeni rejimə qədər gələn prosesdir. Onlar dünyaya nümayiş etdirmək istəyirlər ki, təxribatları Azərbaycan törədir, Azərbaycanda hərbi ritorika kifayət qədər yüksəkdir, Azərbaycan Ermənistana hərbi potensialı ilə hədə-qorxu gəlir. Onların əsas məqsədi budur. Bu proseslər daha intensiv şəkildə həm liderlərin, rəsmilərin görüşü ərəfəsində, həm də görüşlərdən sonra gedir. Azərbaycan heç vaxt təxribatla məşğul olmur. Lakin biz heç zaman hərbi gücün istifadəsindən imtina etməmişik. Sadəcə olaraq hərbi gücümüzü təxribatlara istiqamətlənən formada yox, torpaqlarımızın azad olunması istiqamətində istifadə edə bilərik. Bu da heç bir halda görüşlərlə bağlı olmur və olmamalıdır. Lakin Ermənistan həmin mövqeyində qalacaqsa, əlbəttə, onlar Azərbaycandan hər zaman bir zərbə gözləməlidirlər. Bu, danılmaz faktdır
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusu  böyük  miqyasda hərəkətə keçdi
Cəbhədən acı xəbər gəldi : Şəhidimiz var
Belarus Azərbaycana elə silah satdı ki, Ermənistanı yox etmək olar - DETALLAR

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı