Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10143
az

İsrail təhlükəli silahını göstərdi - Düşmənləri vahiməyə düşdü

10:5621 Fevral, 2019
908
  • A
 
İsrailin IAI (Israel Aerospace Industries) konserni Hindistanın Baqalor şəhərində keçirilən “Aero India” beynəlxalq sərgisi çərçivəsində “Mini-Harpy” adlı kamikadze-dronunu nümayiş etdirib.

Oxu24.com  xəbər verir ki, “Lenta.ru”nun məlumatına görə, şirkətin “YouTube”a yerləşdirilmiş videoçarxında kamikadze-dronun hədəflərindən biri Rusiyanın “S-300” və “S-400” zenit-raket komplekslərinin MZKT-7930 şassisinə qurulan 96L6E radarını xatırladır.


Saytın yazdığına görə, “Mini Harpy” taktiki sistemi özündə “Harop” və “Harpy” pilotsuz uçuş aparatlarının imkanlarını birləşdirir. Kamikadze hədəf peyda olana qədər havada patrul edə, müvafiq videonu operatora ötürə bilir. Onu həm quru, həm dəniz mövqelərindən buraxmaq olur, üstəlik, helikopterlərdən də buraxılışı mümkündür.

“Mini Harpy”nin çəkisi 45 kiloqram, döyüş başlığı isə səkkiz kiloqramdır. Dron bir uçuşa 100 kilometrə qədər məsafə qət edə bilir, uçuşun maksimum müddəti iki saatdır.


Xatırladaq ki, yanvar ayında İsrail Suriya ərazisində İrana aid olduğu bildirilən obyektlərə zərbələr endirib. Hava əməliyyatının gedişində Rusiya istehsalı olan “Pansir-C1” kompleksi məhv edilib. Bunun üçün İsrail qüvvələrinin “SkyStriker” kamikadze-dronundan istifadə etdiyi bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsandan 8 kq ət qoparan silah - NSV Bakıdadır - VİDEO
Azərbaycan tankçılarının hücuma hazırlıq görüntüsü yayıldı
İsrail təhlükəli silahını göstərdi - Düşmənləri vahiməyə düşdü