Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10047
az

İrəvan qorxuda: Bakı bu raketlərlə məhv edəcək

12:2918 Fevral, 2019
683
  • A
 
Azərbaycan Ordusunun silahlanmasına bir müddət əvvəl “Stels” texnologiyaları ilə təchiz edilən SOM-B1 qanadlı raketləri daxil olub. Bu raketlər hava və raket hücumundan müdafiə obyektlərinin məhv üçün nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu “Nyus.am” saytına açıqlamasında erməni hərbi ekspert Van Ambartsumyan deyib.

“Ermənistan ordusunun arsenalından olan S-300 PS və S-300 PT zenit raket kompleksləri onlar üçün adi hədəfdir. Bu qanadlı raketlər 250 kilometrə qədər məsafədəki hədəfləri məhv etmək gücündədir. Bu raketlər 10 metr yüksəklikdə uça bilir. Erməni ordusunda olan S-300-lər isə minimum 25 metr yüksəklikdəki hədəfləri məhv etmək imkanına malikdir”, – deyə o bildirib.

{banner_reklam1}

O, 9K317 Buk-M2 raket komplekslərinin də bu tip raketləri ələ keçirmək iqtidarında olmadığını deyib.

Ambartsumyan Azərbaycanın İtaliyadan “Alenia Aermacchi M-346 Master” təlim təyyarələrinin aktiv alışı ilə məşğul olduğunu söyləyib:

“Bu təyyarələr NATO standartları ilə yığılır. Bu təyyarələr döyüş məqsədiylə tam şəkildə istifadə oluna bilər və hava-torpaq tipli aviabombaları atmaq gücündədir. Onlar həmçinin SOM-B1 raketləri ilə zərbə endirmək imkanındadır”.

Ekspert Bakının təkcə İtaliyadan təyyarələr almadığını, həm də Rusiyadan Su-30 MKA çoxfunksiyalı qırıcılarını almağa hazırlaşdığını və artıq Əlcəzairə təlim üçün öz pilotlarını göndərdiyini bildirib.

Ambartsumyan bu təyyarələrin göstəricilərinə görə Ermənistanın almaq istədiyi Su-30CM təyyarələrini üstələdiyini söyləyib.

Qeyd edək ki, SOM-B1 raketləri TUBİTAK tərəfindən hazırlanıb. Bu raketlər qurudan, dənizdən və havadan atıla bilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
Azərbaycan Ordusunun əsgəri fəciəvi şəkildə öldü
Azərbaycan ordusunun zabiti intihar etdi

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM