Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9288
az

“Optimal Elektronika” da bir ilk - İşsizlərə ŞAD XƏBƏR!

18:4225 Yanvar, 2019
1402
  • A
 

Optimal işəqəbulda innovativ üsullardan istifadə edir.
                                                                             
         “Optimal Elektronika”  MMC-nin İnsan Resursları Departamenti işə qəbul prosesində innovativ üsuldan istifadə edərək, 21-25 yanvar, 2019-cu il Azərbaycanda ilk dəfə satış sahəsində   açıq Əmək və Karyera Yarmarkası keçirib. Optimal Elektronika MMC-nin İnsan Resursları Departamentinin meneceri Süleyman Şaheldiyev  Oxu24.com saytına bildirib ki, Əmək və Karyera  Yarmarkasında 30-dan çox vakansiya təqdim edilmiş,  5 gün ərzində 200-dən çox namizəd iştirak etmişdir.  

    İşə qəbulda bu tip innovativ üsullardan istifadənin mühümlüyünü vurğulayan Süleyman  Şaheldiyevin sözlərinə görə şirkətin ən böyük elektronika mağazası olan, “Optimal Live”  Satış və Təcrübə Mərkəzində baş tutan  Əmək və Karyera Yarmarkasının keçirilməsinin  namizədlərə aşağıdakı imkanları yaradır:


•Şirkətin İnsan Resursları üzrə meneceri və komandası ilə birbaşa ünsiyyət;
•Fərqli mühitdə özünü və bacarıqlarını daha rahat ifadə etmək imkanı;
•Əmək Yarmarkası zamanı iş təklifi almaq imkanı;
•Təcrübəniz olmadığı halda belə, perspektivinizi nümayiş etdirərək işə düzəlmək imkanı;
•Pozitiv şəraitdə, həyacan keçirmədən özünü və bacarıqlarını  işəgötürənə təqdim etmə;
•“Müsahibəyə dəvət etmirlər.” baryerini aşma;
• Azərbaycanda ən böyük elektronika sərgisi ilə tanış olma imkanı

Qeyd edək ki, Optimal Elektronika MMC belə bir əmək yarmarkasını Nizami filialında keçirmiş, 30-dan çox namizəd işlə təmin edilmişdir.
                                                 
  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis olmaq istəyən qadınların nəzərinə - DİN işçi axtarır

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı