Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8184
az

Prezidentdən Ramil Usubovla bağlı sərəncam

18:2822 Dekabr, 2018
1273
  • A
 Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər naziri general-polkovnik Ramil Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, R.Usubov 1948-ci il dekabrın 22-də Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib. 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
1993-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub. Azərbaycan Prezidentinin 1994-cü il fərmanı ilə Azərbaycanın daxili işlər naziri təyin edilib.

Bu gün R.Usubovun 70 yaşı tamam olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi
Azərbaycanda bu nazirlikdə 151 nəfər üçün iş var
Bakı, Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi rayon sakinlərinin DİQQƏTİNƏ!

Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı